Ət bazarlarında son vəziyyət necədir? - VİDEO
762
08:38, Bu gün

Ət bazarlarında son vəziyyət necədir? - VİDEO

Son dövrlərdə ölkə ərazisində mal-qara arasında müşahidə olunan bəzi xəstəliklər, xüsusilə də dabaq xəstəliyi ət bazarına təsirsiz ötüşməyib.
 
Şəhər ərazisində aparılan müşahidələr nəticəsində ət alanların sayında qismən azalma müşahidə edilib. Sakinlərin xəstəliklərlə bağlı narahatlıqları alıcılıq qabiliyyətinə təsir göstərib.
 
Satıcılar bazardakı vəziyyətin zəif olduğunu təsdiqləyiblər. Buna baxmayaraq, satıcılar satdıqları məhsulun keyfiyyətinə zəmanət verərək, vətəndaşları narahat olmamağa çağırıblar:
 
"Mallar hamısı tövlədə bağlı, qapalı şəraitdə saxlanılır. Hamısı peyvənd olunmuş mallardır. Tər-təmiz, sənədlərimiz də var", - deyə onlar vurğulayıblar.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Link kopyalandı!
Son xəbərlər