Bizi sosial şəbəkələrdən izləyin:
Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs edilib.
Moderator.az-ın məlumatına görə, N.Rəmzinin qızı Reyhan Baxşıyeva narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi başlanılıb.
R.Baxşıyeva barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işinin istintaqı davam etdirilir.
Bu barədə bloger Nail Kəmərli də məlumat yayıb.
O, Reyhanın görüntüsünü paylaşaraq bunları yazıb:
"Heyf səndən, Reyhan. Gərək səni elə o gün aparardım, Reyhan. Məni aldatdın. İnandım sənə. Reyhan artıq həbsdədir. Çox heyf".
Qeyd edək ki, Nail Kəmərli narkotik aludəçisi olub küçədə yaşayan Reyhanın 2023-cü ildə acınacaqlı həyatını nümayiş etdirmişdi. O, müalicə almaq üçün reabilitasiya mərkəzinə yerləşdirilməli idi.