Qubada evlərdən 60 min manatlıq oğurluq edən şəxs SAXLANILDI - VİDEO
260
13:10, Bu gün

Qubada evlərdən 60 min manatlıq oğurluq edən şəxs SAXLANILDI - VİDEO

Polis Qubada evlərdən 60 min manatlıq oğurluq edən şəxsi saxlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
 
Qubada evlərdən silsilə oğurluqların edilməsi barədə polisə zərərçəkən şəxslərdən şikayətlər daxil olub. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı Roman Məmmədşahov saxlanılıb.
 
Araşdırmalarla onun müxtəlif evlərdən 10 min manat, 40 min manat dəyərində qızıl-zinət əşyaları və 7370 dollar oğurladığı müəyyən edilib. R.Məmmədşahovdan oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
 
Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Məmmədşahovun barəsində həbs qətimkan tədbiri seçilib.
 
Link kopyalandı!
Son xəbərlər