261
08:15, Bu gün

"Qurdlar artıq binadan binaya yayılırlar" - Sakinlərdən növbəti ŞİKAYƏT

Bakıda çoxmərtəbəli binaları qurd basıb.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 37 və 39 ünvanında yerləşən binalarda qurdların çoxalması sakinləri narahat edir.
 
Qonşuların sözlərinə görə, uzun müddətdir dezinfeksiya işləri aparılmadığından vəziyyət daha da pisləşib. Onlar bildiriblər ki, qurdlar artıq binadan binaya yayılmağa başlayıb və bu, sanitar vəziyyəti təhlükə altına salır.
 
Sakinlər qeyd ediblər ki, məsələdən dəfələrlə aidiyyəti qurumlara məlumat verilsə də, hələlik heç bir tədbir görülməyib.
 
Qeyd edək ki, Xətai rayonunda da oxşar vəziyyət müşahidə olunub.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Link kopyalandı!
Son xəbərlər