Xameneinin müşavirinin qızının dəbdəbəli toyu İranda mübahisələri yenidən alovlandırdı - VİDEO
211
15:00, Bu gün

Xameneinin müşavirinin qızının dəbdəbəli toyu İranda mübahisələri yenidən alovlandırdı - VİDEO

Sosial şəbəkələrdə İranın ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxaninin qızının toy mərasimindən videolar yenidən yayılıb.
 
Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, kadrlar ictimaiyyətdə geniş müzakirələrə və tənqid dalğasına səbəb olub.
 
Bu nikah mərasimi ötən il Tehranın lüks "Espinas Palas" otelində baş tutmuşdu və "Arman Melli" qəzeti həmin vaxt "Espinas Persian Otelində toy qalmaqalı" başlıqlı məqalə dərc etmişdi.
 
Qəzetin məlumatına görə, mərasimin xərci təxminən 1 milyard 400 milyon tümən (14 min 703 dollar) olub. Məqalə müəllifi qeyd etmişdi ki, ölkədə iqtisadi sanksiyalar və inflyasiya şəraitində belə bir dəbdəbənin nümayişi, sadə vətəndaşlardan səbir və təmkin gözləyən hakimiyyət üçün suallar doğurur.
 
Yeni yayılan görüntülər İran cəmiyyətində sosial bərabərsizlik, korrupsiya və elitanın həyat tərzi mövzusunda mübahisələri yenidən alovlandırıb.

 

Link kopyalandı!
Son xəbərlər