Braziliyada sərnişin avtobusu qəzaya uğradı: 17 ölü - FOTO/VİDEO
346
11:17, Bu gün

Braziliyada sərnişin avtobusu qəzaya uğradı: 17 ölü - FOTO/VİDEO

Braziliyanın Saloa şəhərində sərnişin avtobusunun qum topasına çırpılaraq aşması nəticəsində 17 nəfər ölüb.
 
Yerli hakimiyyət orqanları xəbər verir ki, qəza zamanı avtobusda 30-a yaxın sərnişin olub.
 
Yol-nəqliyyat hadisəsinin sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir.
 
Qeyd edək ki, 2024-cü ildə Braziliyada yol-nəqliyyat hadisələrində ümumilikdə 10 mindən çox insan ölüb. /Oxu.az/

Link kopyalandı!
Son xəbərlər