Bizi sosial şəbəkələrdən izləyin:
Braziliyanın Saloa şəhərində sərnişin avtobusunun qum topasına çırpılaraq aşması nəticəsində 17 nəfər ölüb.
Yerli hakimiyyət orqanları xəbər verir ki, qəza zamanı avtobusda 30-a yaxın sərnişin olub.
Yol-nəqliyyat hadisəsinin sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir.
Qeyd edək ki, 2024-cü ildə Braziliyada yol-nəqliyyat hadisələrində ümumilikdə 10 mindən çox insan ölüb. /Oxu.az/