217
08:05, Bu gün

"İndi ailə anlayışı əvvəlki kimi dərin məna kəsb etmir" - Novxanı sakini xatirələrini bölüşdü

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Novxanı sakini Ramiz Nağıyev olub.
 
O, keçmiş ailə dəyərlərindən söz açıb: "O vaxtlar oğlanlara həyat yoldaşlarını anaları, bacıları seçərdi. Qız alanda onun ailəsini, nəslini araşdırardılar. Kəbin kəsilənə kimi qızla oğlanın görüşməsinə icazə verilməzdi. Əvvəllər ədəb-ərkan, hörmət var idi. İndi isə nikahsız görüşürlər".
 
Ramiz Nağıyevin sözlərinə görə, bu gün ailə anlayışı əvvəlki kimi dərin məna kəsb etmir:
 
"İndi insanlar müvəqqəti kef çəkmək üçün ailə qurur, sonra da boşanırlar. Televiziya və serialların pozğunluğu təbliğ etməsi gənclərə pis örnək oldu. Elə buna görə də ailələr dağılır".
 
Ətraflı süjetdə:
Link kopyalandı!
Son xəbərlər