2021
17 Oct 2025 | 15:55

"Haber Global" Bakıda keçirilən forumla bağlı reportaj yaydı - VİDEO

Türkiyənin "Haber Global" telekanalında III Azərbaycan Milli Şəhərsalma Forumu ilə bağlı növbəti reportaj yayımlanıb.
 
Moderator.az xəbər verir ki, süjetdə forumun ilk 2 gündə Xankəndidə keçirildiyi, növbəti tədbirin Bakıda baş tutduğu vurğulanıb.
 
Bildirilib ki, Azərbaycan forumda Qarabağda həyata keçirilən uğurlu bərpa-quruculuq işlərini nümayiş etdirir. Kanalın əməkdaşı Ağdamda görülən işləri də xüsusilə qeyd edib.
 
"Haber Global"da 64 ölkənin nümayəndələrinin qatıldığı forumun əhəmiyyətindən ətraflı bəhs edilib.
 
Telekanalın hazırladığı reportajı təqdim edirik:
Link kopyalandı!
Son xəbərlər