Hicaba nəzarətin azalmasından sonra İranın gecə həyatı - VİDEO
1881
17 Oct 2025 | 13:08

Hicaba nəzarətin azalmasından sonra İranın gecə həyatı - VİDEO

İranda hicabla bağlı qaydaların nisbətən yumşaldılmasından sonra, Tehrandakı restoran və kafelərdən paylaşılan görüntülər sosial şəbəkələrdə diqqət çəkir.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
 
İki qadın bloqerin "Instagram"da paylaşdıqları videoda "Bura Tehranın mərkəzində diskokafedir" deyərək qadın və kişilərin bir yerdə musiqi və işıqlar altında əyləndiyi görüntüləri paylaşıb.
 
Sosial mediada sürətlə yayılan videolarda rəngli işıqlar, ritmik musiqilər və sərbəst geyimli qonaqların olduğu mühit "İslam Respublikasında musiqili restoran?" sualını gündəmə gətirib. Rəylərdə bəziləri bu tip məkanları dəstəkləsə də, digərləri bunu islam qanunlarına zidd hesab edərək tənqid edib.

 

Link kopyalandı!
Son xəbərlər