Yaşayış binasının köhnə liftləri sökülüb, yeniləri isə quraşdırılmır - VİDEO
267
12:17, Bu gün

Yaşayış binasının köhnə liftləri sökülüb, yeniləri isə quraşdırılmır - VİDEO

Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi, 320 ünvanında yerləşən 12 A saylı doqquzmərtəbəli binanın köhnə liftləri sökülüb, yeniləri isə quraşdırılmır.
 
Moderator.az Xəzər Tv-yə istinadən xəbər verir ki, yaşlılar və xəstələr də daxil olmaqla bütün bina sakinləri 1 aydır ki, binaya ayaqla çıxıb-düşməli olurlar.
 
Sakinlərin sözlərinə görə, əvvəlki liftlər köhnə olsa da, işlək vəziyyətdə olub. Həmin liftlər istismar müddəti bitdiyi üçün yenilənmək məqsədilə sökülüb. Amma yenisi quraşdırılmayıb.
 
Məsələ ilə əlaqədar Gəncə Mənzil Kommunal İstehsalat Birliyindən bildirildi ki, sözügedən ünvanda köhnə liftin demontaj prosesi zamanı şaxtada problem çıxıb və bununla bağlı iş dayandırılıb.
 
FHN-in Dağ-Mədən Nəzarəti və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Agentliyinin Qərb Regional Müfəttişliyinin mütəxəssisləri də şaxtaya baxış keçirərək akt tərtib ediblər. Yaranmış problem aradan qaldırıldıqdan sonra qurum mütəxəssislərinin növbəti rəyi əsasında montaj işləri yekunlaşdırılacaq və lift istismara veriləcək.
Link kopyalandı!
Son xəbərlər