Bizi sosial şəbəkələrdən izləyin:
Baku TV-nin "Amin" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramda bu dəfə psixoloq Elxan Bəylərlə valideyn-övlad münasibəti mövzusu müzkirə edilib. Verilişdə ünsiyyətsizliyin ailədə yaratdığı problemlər, övladın valideynlərindən şikayətlənməsinin səbəbləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Elxan Bəylər müasir dövrdə gənclərin ailə qurmaq və uşaq dünyaya gətirmək istəməməsinə də münasibət bildirib. O, ailənin həm dini, həm də psixoloji baxımdan insan üçün vacib olduğunu söyləyib. "Ailədə xoşbəxt olmayan adam həyatdan zövq ala bilmir. Bəzi insanlar düşünürlər ki, dünyaya bir dəfə gəlmişik, uşaq nəyimizə lazımdır. Həyatlarını yaşayıb, yaşlananda da qocalar evinə getmək istəyirlər. Amma onlar gənclikdən sonrakı mərhələdə duyğularında hansı dəyişikliklərin baş verəcəyini bilmirlər", - deyə psixoloq sözlərinə əlavə edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: