Qəhvəyi mərmər bağacığı ilə necə mübarizə aparaq? - VİDEO
288
14:44, Bu gün

Qəhvəyi mərmər bağacığı ilə necə mübarizə aparaq? - VİDEO

Son günlərdə qonşu ölkələrdən Azərbaycana miqrasiya edən Qəhvəyi mərmər bağacığı xüsusilə Zaqatala və Balakən bölgələrində kütləvi şəkildə görünür.
 
Moderator.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
 
Bildirilib ki, payızda zərərverici fəallığını itirir və qışlamağa üstünlük verir — bu dövr mübarizə üçün ən əlverişli vaxtdır!
 
Bağacıqla necə mübarizə aparmaq olar?
 
- AQTA və digər qurumlar kimyəvi və feromon tələləri ilə tədbirlər görür.
- Mexaniki mübarizə — süni tələlərin quraşdırılması ən təbii üsullardandır.
- Yaşayış yerlərində əşyaların arxa hissələrinə diqqət yetirin, aşkar etdiyiniz bağacığı süpürgə və tozsoranla toplayıb məhv edin.
 
Bağacıqla mübarizədə vətəndaşların iştirakı çox önəmlidir!
Link kopyalandı!
Son xəbərlər