Bizi sosial şəbəkələrdən izləyin:
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində son dövrlərdə həyata keçirilən yol nişanlanması və hərəkət istiqamətlərindəki dəyişikliklər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sakinlərin sözlərinə görə, aparılan yeniliklər gözləntilərin əksinə, nəqliyyatın hərəkətini asanlaşdırmaq əvəzinə, daha çox çaşqınlıq, tıxac və əlavə narahatlıqlar yaradıb. Vətəndaşlar iddia edirlər ki, yeni xətləmələr və maneələr həm hərəkət intensivliyini pozur, həm də sürücülərin cərimələnməsinə səbəb olur.
Sürücülər mövcud vəziyyətlə bağlı şikayətlərini dilə gətiriblər:
"Mağazaların qabağını xətləyiblər, hamısı pulladır. Çörək almaq üçün içəri girirəm, çölə çıxıb görürəm ki, 20 manat cərimə gəlib".
Digər bir narazı sürücü isə tətbiq edilən fiziki maneələrin yaratdığı problemi qeyd edib:
"Xətləmələrdən əlavə, götürüblər ora qırmızı dirəklər qoyublar. Tıxac yaranır, getmək olmur. Burada heç vaxt belə tıxac olmayıb. Xətləmələri də düz etməyiblər".
Daha ətraflı Baku TV-nin videomaterialında: