Bizi sosial şəbəkələrdən izləyin:
"İqlimə davamlı və sağlam şəhərlərə doğru" şüarı altında təşkil olunan III Milli Şəhərsalma Forumu başlayır. İlk günün sessiyaları Xankəndidə keçiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə "Haber Global"ın müxbiri Murat Karataş bildirib.
Qeyd olunur ki, təxminən beş ilə yaxındır ki, Azərbaycan 30 il ərzində erməni işğalından azad edilmiş ərazilərində yenidənqurma prosesinə başlayıb. Azərbaycan indi tikinti prosesini beynəlxalq ictimaiyyət və beynəlxalq həmkarları ilə bölüşür.
Daha əvvəl ilk Şəhərsalma Forumu 2022-ci ildə Ağdamda, ardınca isə 2023-cü ildə Zəngilanda keçirilib. Bu dəfə isə Qarabağın qədim və köklü şəhəri Xankəndidə keçirilir. Forum ilk iki gün Xankəndidə, daha sonra isə Bakıda keçiriləcək.
III Milli Şəhərsalma Forumunun məqsədi memarları, ekoloqları, hökumət və özəl sektor nümayəndələrini, beynəlxalq təşkilatları, alimləri və gəncləri şəhərlərin gələcəyi üçün ümumi həll yolları axtarmaq üçün bir araya gətirməkdir.
Daha ətraflı videoda: