Sakinləri üçhərfli sözlərlə danışan kəndin sirri - Cek kəndindən REPORTAJ
631
07:57, Bu gün

Sakinləri üçhərfli sözlərlə danışan kəndin sirri - Cek kəndindən REPORTAJ

Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışı yayımlanıb.
 
Bu dəfə Baş Qafqaz silsiləsinin yamacında, Quba şəhərinin 43 kilometr cənub-qərbində dəniz səviyyəsindən 1 643 metr yüksəklikdə yerləşən Cek kəndinə səyahət edilib. Son siyahıyaalmaya görə, kənddə 200 nəfərə yaxın Şahdağ xalqlarının nümayəndəsi olan cek yaşayır. Tarixən köç həyat tərzi keçirən kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və toxuculuq olub.
 
Kənddə məskunlaşmış əhalinin böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur.
 
Cek kəndində niyə üçhərfli sözlərlə danışırlar? Bəs əvvəllər bu kəndə gələnlərin güdülməsinin səbəbi nə olub?
 
Daha ətraflı videomaterialı təqdim edirik:
Link kopyalandı!
Son xəbərlər