Bizi sosial şəbəkələrdən izləyin:
Ötən gün axşam saatlarında güclü külək Lənkəran–Lerik avtomobil yolunun 20-ci kilometrində, Lerik rayonunun Piran kəndi ərazisində ağacın yola aşmasına səbəb olmuşdur. Hadisə nəticəsində avtonəqliyyat vasitələrinin avtomobil yolu ilə hərəkətində məhdudiyyət yaranıb.
Bu barədə Moderator.az-a AAYDA-dan məlumat verilib.
Bildirilir ki, yol infrastrukturunda baş vermiş problemlə bağlı məlumat daxil olan kimi, dərhal hadisə yerinə Agentliyin Lerik rayonu üzrə Yol İstismar MMC-nin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunmuşdur.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yol ilə hərəkət qısa müddətdə bərpa edilmişdir.