Hikmət Hacıyev:
543
15:53, Bu gün

Hikmət Hacıyev: "Azərbaycan Yaxın Şərqdə regional sülh gündəmində olan bütün tərəflər üçün arzuolunan tərəfdaşdır"

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şarm əl-Şeyxdə keçirilən Sülh Sammiti ilə bağlı paylaşım edib.
 
Moderator.az-ın xəbərinə görə, o, öz "X" hesabında müvafiq görüntüləri paylaşıb.
 
"Prezident İlham Əliyev Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində iştirak edir. Bu hadisə Azərbaycanın regionda artan rolunu və orta səviyyəli dövlət kimi qlobal xarici siyasətini əks etdirir. Azərbaycan Yaxın Şərqdə regional sülh gündəmində olan bütün tərəflər üçün arzuolunan tərəfdaşdır", - deyə Hikmət Hacıyev bildirib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər