DİN səkilərdə avtomobillərini park edən sürücülərə müraciət etdi - VİDEO
479
14:36, Bu gün

DİN səkilərdə avtomobillərini park edən sürücülərə müraciət etdi - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) səkilərdə avtomobillərini park edən sürücülərə müraciət edib.
 
Bu barədə Moderator.az-a DİN-dən məlumat verilib.
 
Qeyd olunub ki, səkilərdə nəqliyyat vasitələrinin saxlanılması halları ilə bağlı polisə edilən müraciətlər əsasında profilaktik tədbirlər davam etdirilir.
 
Növbəti tədbir zamanı paytaxtın Yasamal rayonunda yerləşən səkilərdə avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.
 
Qeyd edək ki, səkilərdə maşınların saxlanılması piyadaların yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Bu isə onların həyat və sağlamlığını real təhlükə altında qoyur:
 
"Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl edilməlidir. Piyada səkilərində avtomobillərin saxlanılması qanun pozuntusu olmaqla bərabər sürücü intizamsızlığı kimi də qiymətləndirilir.
 
Sonda bir daha nəzərə çatdırırıq ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində analoji tədbirlər davam etdiriləcək".

 

 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər