21 yaşlı Rəvan maşında yanaraq ölüb - VİDEO
235
10:40, Bu gün

21 yaşlı Rəvan maşında yanaraq ölüb - VİDEO

Xəbər verdiyimiz kimi, dünən Oğuz rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 21 yaşlı Rəvan Ağasəf oğlu Mirzəyev həlak olub.
 
Moderator.az-ın məlumatına görə, sosial şəbəkələrdə hadisəni əks etdirən görüntülər yayılıb.
 
Bildirilib ki, saat 20:30 radələrində Nihad Namiq oğlu Əlizadə “BMW” markalı avtomobillə yaşadığı Oğuz rayonu Padar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın aşaraq yanmağa başlayıb.
 
Yaxınlıqdakı şəxslərin də köməkliyi ilə sürücü tez avtomobildən çıxarılıb. Lakin ön oturacaqda sıxılaraq qalan Rəvanı dərhal çıxarmaq mümkün olmayıb və nəqliyyat vasitəsi alışaraq yanmağa başlayıb. Nəticədə R.Mirzəyev hadisə yerində həyatını itirib.
 
Qəza yerindən görüntüləri təqdim edirik:

/Qafqazinfo/

Link kopyalandı!
Son xəbərlər