21 yaşından yuxarı hər kəs odlu silah sahibi ola bilər: Bakıdan 11 min km uzaqda həyat necədir?
380
08:19, Bu gün

21 yaşından yuxarı hər kəs odlu silah sahibi ola bilər: Bakıdan 11 min km uzaqda həyat necədir?

"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.
 
Bu dəfə Bakıdan 11 425 kilometr uzaqda yerləşən, ABŞ-nin ən böyük ştatlarından biri olan Texasdan bəhs olunub.
 
Ştatın əhalisi təxminən 30 milyon nəfərdir və Meksika ilə həmsərhəddir. Texas təbiəti ilə maraqlıdır, tornadolarla məşhurdur və turistik yerlərdən Breken mağarası və "Big Bend" milli parkı diqqət çəkir.
 
Uşaqlar kiçik yaşlarından rodeo idmanı ilə məşğul olurlar, 8 saniyə vəhşi öküz üzərində qalmağı öyrənirlər və həftəlik müsabiqələrdə qalib gələnlər 500 dollar qazanırlar. Onlar həmçinin hip-hop dərslərində brek-dans və DJ bacarıqlarını inkişaf etdirirlər.
 
Hyustonda yerləşən NASA mühəndislərə yüksək maaş təklif edir, universitetlər isə tələbələrə həm təhsil, həm də iş imkanları yaradır.
 
Texasda ictimai təhlükəsizlik yüksək səviyyədədir, lakin 21 yaşından yuxarı hər kəs odlu silah sahibi ola bilər.
 
Texaslılar özlərini amerikalıdan daha çox texaslı hesab edirlər. Adət-ənənələrə hörmət, xoşniyyət və aktiv həyat tərzi onların əsas dəyərlərindəndir.
 
Link kopyalandı!
Son xəbərlər