Paytaxtın bu küçəsində birtərəfli hərəkət təşkil edildi - VİDEO
613
15:35, Bu gün

Paytaxtın bu küçəsində birtərəfli hərəkət təşkil edildi - VİDEO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil edib.
 
Moderator.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
 
Bildirilib ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında AYNA-nın mütəxəssisləri təhlillər aparıblar, yolun həndəsi ölçüləri, parklanma tələbatı və hərəkət intensivliyi öyrənilib. Monitorinq nəticəsində ərazidə nəqliyyatın qarşı-qarşıya hərəkətində çətinlik yarandığı müəyyən edilib.
 
Sözügedən ərazidə yaşayan sakinlərin parklanma tələbatı, nəqliyyat intensivliyi və yolun həndəsi ölçüləri nəzərə alınıb, T.Şıxəliyev küçəsində Xətai prospektindən Təbriz küçəsi istiqamətində hərəkətin birtərəfli olması məqsədəuyğun hesab edilib.
 
Link kopyalandı!
Son xəbərlər