Pakistanda İkinci Qarabağ müharibəsindəki qələbəyə həsr edilən kitab təqdim olunub - FOTO/VİDEO
616
14:53, Bu gün

Pakistanda İkinci Qarabağ müharibəsindəki qələbəyə həsr edilən kitab təqdim olunub - FOTO/VİDEO

Pakistanın Milli Assambleyasında Vətən müharibəsində qazanılan şanlı Qələbə və onun tarixinə həsr edilən, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının urdu dilində nəşrinin təqdimatı keçirilib.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, tədbirdə Milli Assambleyanın vitse-spikeri Sayed Qulam Mustafa Şahin, Pakistanın federal kommunikasiya naziri Abdul Alim Xan, federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar, federal informasiya və yayım naziri Ataullah Tarar, habelə Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Milli Assambleyanın komitə sədrləri, senatorlar və millət vəkilləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistan ictimaiyyətinin tanınmış üzvləri, tarixçi-alimlər, QHT və KİV nümayəndələri və bu ölkədə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.
 
Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İkinci Qarabağ müharibəsinin şanlı tarixindən bəhs edərək, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın növbəti təxribatına cavab olaraq, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın parlaq zəfər çaldığını dinləyicilərin diqqətinə çatdırıb.
 
Bununla yanaşı, diplomat, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa etdiyini vurğulayaraq, 2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" olaraq elan edildiyini qeyd edib.
 
O, Pakistan vətəndaşları üçün daha da əlçatan olması məqsədilə urdu dilinə tərcümə edilmiş sözügedən kitabın gələcək mərhələlərdə Azərbaycanın şanlı tarixi ilə bağlı elmi tədqiqatlar üçün önəmli mənbə rolunu oynayacağını deyib.
 
Kitabın nüsxələri tədbirdə iştirak edən qonaqlara, o cümlədən Pakistan Milli Assambleyasının kitabxanasına təqdim edilib və bu ölkənin beyin mərkəzlərinə, Milli və digər kitabxanalara, ali təhsil ocaqlarına göndərilib.
Link kopyalandı!
Son xəbərlər