Bizi sosial şəbəkələrdən izləyin:
Avstraliyanın Yeni Cənubi Uels bölgəsindəki Şellharbor hava limanında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində üç nəfər həlak olub.
Bu barədə "Australian BroadCasting Corporation" (ABC) telekanalı məlumat verib.
"Şellharbor hava limanında təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub. Yüngül təyyarə havaya qalxdıqdan qısa müddət sonra düşərək parçalanıb", - deyə məlumatda bildirilib.
Qəzanın səbəbi hələlik açıqlanmayıb.