Bizi sosial şəbəkələrdən izləyin:
Baku TV-nin "Amin" verilişinin budəfəki buraxılışında Əməkdar incəsənət xadimi Aydın Talıbzadə ilə teatr və din mövzusu müzakirə olunub.
O, dinlə teatr arasındakı əlaqədən söz açıb:
"Teatrın bünövrəsində dini rituallar dayanır. Qədim hind və yapon mədəniyyətindən bu yana teatr məbəd kimi qavranılıb. Bu sahə mənəviyyata xidmət edən mühüm təzahürlərdən biridir. Mənəvi dəyərlərin əsasında isə Allahı nəyəsə görə yox, əbədi gözəlliyinə görə sevmək durur".
Aydın Talıbzadə "Mənəvi keyfiyyətlər üçün Tanrının varlığı önəmlidirmi?" sualını belə cavablandırıb:
"Tanrı mənəviyyatın başlanğıc nöqtəsidir. O, insana lazımdır. Tanrı olmasaydı belə, biz onu yaradacaqdıq. Çünki bu bizim qarşımızda elə bir dəyərdir ki, onu adlayıb keçəndə dünyanın harmoniyası pozulur. Bu gün niyə müharibələr var? Kimlərsə Tanrıya inanmır deyə. Bütün dinlər "öldürmə, çünki sən onu yarada bilməyəcəksən" deyir. Dinlərin məqsədi kamil insan yetişdirməkdir. Belə adamlar kimisə öldürmür".