Bakıda cibgirlik edən şəxs tutuldu - VİDEO
527
09 Oct 2025 | 16:00

Bakıda cibgirlik edən şəxs tutuldu - VİDEO

Bakıda ictimai yerlərdə - əhalinin sıx olduğu avtobus dayanacaqlarında cibgirlik yolu ilə oğurluq əməlləri törədən şəxs müəyyən olunub.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
 
Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq cinayətlərində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı Rahil Kazımov tutulub.
 
Araşdırmalarla müəyyən edilib ki, o, əsasən müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin pul vəsaitlərini talamaqla məşğul olub.
 
R. Kazımovun paytaxtda digər analoji cinayətlər törətməsi istisna olunmur.
 
Araşdırmalar davam etdirilir.
 
Link kopyalandı!
Son xəbərlər