12 yaşlı azərbaycanlı tiktoker ABŞ-də faciəli şəkildə öldü - ANBAAN VİDEO
634
09 Oct 2025 | 15:40

12 yaşlı azərbaycanlı tiktoker ABŞ-də faciəli şəkildə öldü - ANBAAN VİDEO

12 yaşlı azərbaycanlı tiktoker Zemfira Muxtarova ABŞ-də faciəvi şəkildə həlak olub. O, sosial şəbəkə üçün təhlükəli fəndi lentə alan zamanı qatarın altında düşüb.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə barədə "abc7ny.com" məlumat yayıb.
 
Bildirilir ki, faciə Bruklində, metro xəttində hərəkətdə olan qatarda baş verib. Zemfira rəfiqəsi ilə birlikdə saat 3 radələrində "Marcy Avenue" stansiyasında "metro sörfingi" edərkən yıxılaraq dünyasını dəyişib.
 

Onunla birlikdə olan 13 yaşlı qız da hadisə zamanı həlak olub.

Zemfiranın 11 yaşlı bacısı Məryəm bildirib ki, Zemfira ailə üzvləri yatarkən evdən gizlincə çıxıb.
 
Zemfiranın anası Nataliya Rudenko deyib ki, qızı "metro sörfingi" ilə maraqlansa da, ailəsinə heç vaxt belə bir şey etməyəcəyini deyirmiş.
Link kopyalandı!
Son xəbərlər