Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın Ufa şəhərində ata üç yaşlı qızını dördüncü mərtəbənin eyvanından atıb.
Bu barədə şəhərin meri Ratmir Mavliyev xəbər verib.
Onun sözlərinə görə, uşaq sağ qalıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti olduqca ağır qiymətləndirilir.
Bununla bağlı yayılan kadrlardan aydın olur ki, kişi əvvəlcə evdəki əşyaları, sonra isə uşağını küçəyə atıb. Həmin vaxt qızın anası evdə olmayıb. O, oğlu ilə birgə qonşu şəhərdə sanatoriyada imiş.
Hadisə yerinə müstəntiqlər daxil olmaqla bütün operativ xidmətlər cəlb olunub. Prokurorluq baş vermiş hadisənin təfərrüatlarını araşdırır. /Oxu.az/