Şarmazanovun şoku:
292
07:57, Bu gün

Şarmazanovun şoku: "Türk Ermənistanı" ritorikasının gizlinləri - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli tərəfindən təqdim edilən "İrəvanda "Artsax" sayıqlayanlar" adlı veriliş hazırlanıb.
 
Verilişdə Ermənistanda revanşist qüvvələrin fəallaşmasından, İrəvanda keçirilən mitinqin səhnə arxası və əsas tezislərindən bəhs edilir.
 
Bildirilir ki, İrəvanda "Artsax" sayıqlaması baş verir:
 
"Hakimiyyətin sülh gündəliyi yeni müzakirələr yaradır. Nikol Paşinyan "reallıq testi", xəritə, konstitusiya dəyişikliyi və siyasi risklər həyata keçirir. İrəvanda "Türk Ermənistanı" ritorikası dolaşır. Ermənistan-Azərbaycan sülh müqaviləsi və Qarabağ mövzusu istismar edilir. Siyasətdə retro sevərlər yaranıb. Revanşistlər deyirlər ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu gün Qarabağda sakitlik yalnız orada artıq ermənilər olmadığı üçündür. Eçmiədzin erməni kimliyini itirir, İrəvan isə Azərbaycan müftisinin ruhani mərkəzinə çevrilir. İrəvanda türklər yaşayacaqlar, ermənilər isə onların qulluqçularına çevriləcək və ayaqqabılarını yalayacaqlar. Bu, Paşinyan, Ərdoğan və Əliyevin planıdır. Nikol artıq ərazilərin yarısını Azərbaycana verib. O, müxalifəti və kilsəni dağıtsa, konstitusiyanı dəyişsə, Azərbaycan sülh müqaviləsini imzalamağa razılaşacaq. Türklərlə sülh içində yaşamağın mümkün olduğunu düşünmək sadəlöhvlükdür".
 
Verilişdə, həmçinin bildirilir ki, Paşinyanın komandası hakimiyyətini qorumaq üçün istənilən alçaq və əxlaqsız addıma getməyə hazırdır: "Qars, Van, Muş və Sasuna qayıda bilmədikləri kimi, Qarabağa da qayıda bilməyəcəklər. Azərbaycan və Türkiyənin zəifləməsi ilə Qarabağı geri qaytaracaqlarını düşünürlər, bu, absurddur. Dəhlizə qarşı çıxanları psixiatra göndərmək lazımdır."
 
Hakim partiyanı təmsil edən erməni deputatların sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev müdrik yolu - sülh yolunu seçib:
 
"İrəvanda özlərinə yaxşı yer edən keçmiş "qarabağlı" məmurlar arzularına çatmadılar. Müxalifət Qarabağ məsələsini istismar etməklə diasporanı sonsuz olaraq 'sağmaq' istəyir. 'Ermənistan dənizdən dənizədək idi' kimi yersiz bəyanatlardan qurtulmalıyıq".
 
Sonda vurğulanır ki, baş nazir Nikol Paşinyanın tərəfdarları Ermənistan ictimai rəyində kifayət qədər ağrılı olan bu mövzu üzrə öz mövqelərini müəyyənləşdirib ifadə etməli olacaqlar.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
 
Veriliş oktyabrın 8-də saat 19:30-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.
 
Link kopyalandı!
Son xəbərlər