Bakıda binada quraşdırılan təzə boruları bir gün sonra niyə sökürlər? - VİDEO
345
18:19, Bu gün

Bakıda binada quraşdırılan təzə boruları bir gün sonra niyə sökürlər? - VİDEO

Bakının Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162a ünvanında qəribə vəziyyət yaşanıb.
 
Moderator.az Baku.ws-ə istinadən xəbər verir ki, dünən həmin ünvanda köhnəlmiş dəmir borular və navalçalar sökülərək yerinə yeni plastik borular quraşdırılıb.
 
Lakin sakinlərin sözlərinə görə, bu gün yenidən əraziyə gələn işçi briqada bir gün əvvəl quraşdırılan plastik boruları sökərək köhnə dəmir boruları quraşdırmağa çalışıb.
 
"Gəlib 1990-cı illərdən qalma köhnə boruları dəyişdilər. Yəqin, kiməsə fotolarını çəkib göndərdilər ki, indi də sökmək istəyirlər".
 
Baş verənlər sakinlərin narazılığına səbəb olub.
 
Ərazidən kadrları təqdim edirik:
 
Link kopyalandı!
Son xəbərlər