Bizi sosial şəbəkələrdən izləyin:
"Tağıyev: Neft" filmində Hacı Zeynalabdin Tağıyev obrazını canlandıran Xalq artisti Pərviz Məmmədrzayev bu roluna görə 5-ci "Korkut Ata" Türk Dünyası Film Festivalında "Ən yaxşı aktyor" nominasiyası üzrə qalib seçilib.
Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən silsilə filmlərin rejissoru və ssenari müəllifi Zaur Qasımlı Baku TV-nin suallarını cavablandırıb. O, ekran əsərlərinin ərsəyə gəlməsində bütün komandanın əməyi olduğunu qeyd edərək, bu uğurla qürur duyduğunu bildirib.
"Tağıyev: Sona" - silsilənin üçüncü filmi haqqında danışan rejissor bu ekran əsərində Hacı Zeynalabdin Tağıyevin şəxsi həyatında baş verən qalmaqallara daha çox yer verildiyini söyləyib.
Rejissor, həmçinin "Tağıyev: Neft" filminin Azərbaycanın "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında 98-ci Kino Akademiyasının "Oskar" mükafatına namizəd təqdim edilməsinə də münasibət bildirib: "Bu mənim üçün sürpriz oldu. Kinotənqidçilərin bizim filmi namizəd seçəcəyini gözləmirdim. Nominasiyaya düşsək, bu, Qafqaz üçün analoqu olmayan bir iş olacaq".
Daha ətraflı Baku TV-nin süjetində: