Bizi sosial şəbəkələrdən izləyin:
"Türk dünyasının ən güclü yazarlarından biri idi... "Bir millət, iki dövlətik", - dedi... İstanbulda Bəxtiyar Vahabzadənin barelyefinin açılışı olub".
Bu barədə "Haber Global" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
Bildirilir ki, söz ustası, Azərbaycanın azadlıq şairi Bəxtiyar Vahabzadənin İstanbuldakı barelyefinin açılış mərasiminə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin prezidenti Elməddin Mehdiyev də qatılıblar.
Baş konsul Nərminə Mustafayeva Bəxtiyar Vahabzadənin türk dünyası üçün əhəmiyyətinə diqqət çəkib.
"Bu mərasim iki qardaş xalqın ortaq yaddaşının və qəlb vəhdətinin konkret nümunəsidir", - deyə o qeyd edib.