“VÖEN almışıq, vergi veririk” – Avtobus sürücüləri etiraz etdi - VİDEO
210
13:44, Bu gün

“VÖEN almışıq, vergi veririk” – Avtobus sürücüləri etiraz etdi - VİDEO

Avtobus sürücüləri son vaxtlar cərimə olunmalarından narazılıq edirlər.
 
Sürücülərin sözlərinə görə, sərnişinləri vaxtında ünvana çatdırmaq üçün bəzən avtobuslara ayrılmış zolaqlardan istifadə etməyə məcbur olurlar. Lakin bu, onlara baha başa gəlir:
 
"Bütün sənədlərimiz qaydasındadır, VÖEN alırıq, vergi veririk, fərqlənmə nişanımız var. Yenə də deyirlər işləməyin, avtobus xəttinə girməyin. Bəs biz sərnişinləri necə daşıyaq?”
 
Aidiyyəti qurum isə məsələ ilə bağlı bildirir ki, həmin sürücülərin fəaliyyəti qanunsuzdur və onların avtobus zolaqlarından istifadəsi qaydalara ziddir.
 
Daha ətraflı AZTV-nin təqdim etdiyi sujetdə: 
Link kopyalandı!
Son xəbərlər