Bizi sosial şəbəkələrdən izləyin:
İranda, xüsusilə böyük şəhərlərdə qadın motosikletçilərin sayı artmaqdadır, halbuki ölkədə qadınların motosiklet idarə etməsinə rəsmi olaraq icazə verilmir.
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Dünən sosial şəbəkələrdə Tehranın küçələrində motosiklet sürən bir qrup qadının görüntüləri paylaşılıb.
Bir müddət əvvəl İran Polis Komandanlığına (FƏRACA) bağlı Yol Polisi İdarəsinin rəisi Teymur Hüseyni bildirib ki, qadınlara motosiklet sürücülük vəsiqələrinin verilməsi ilə bağlı qanuna dəyişiklik nəzərdə tutulur, lakin bu dəyişiklik yalnız rəsmi şəkildə elan olunduqdan sonra icra edilə bilər.
Hazırda bu qanun dəyişikliyi ilə bağlı heç bir rəsmi addım atılmayıb.
"Bizdə qadınların motosiklet sürməsinə icazə verən qanun yoxdur", - deyə Rəşt şəhər Polis İdarəsinin rəisi yerli mediaya açıqlamasında bildirib.