Prezident Qəbələdə TDT-nin Zirvə Görüşünə qatılan dövlət və hökumət başçılarını qarşılayıb - CANLI
467
13:10, Bu gün

Prezident Qəbələdə TDT-nin Zirvə Görüşünə qatılan dövlət və hökumət başçılarını qarşılayıb - CANLI

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.
 
12:50
 
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir.
 
Moderator.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Albaniyanın Baş naziri Viktor Orban, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi və digər rəsmilər iştirak edirlər.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayır.
 
Həmin tədbirdən canlı yayımı təqdim edirik:
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər