İndoneziyanın sahillərinə böyük meteorit düşdü - VİDEO
179
15:25, Bu gün

İndoneziyanın sahillərinə böyük meteorit düşdü - VİDEO

İndoneziyanın sahillərində Yava dənizinə böyük meteorit düşüb ki, bundan sonra işartı və güclü partlayış baş verib.
 
Bu barədə "Jakarta Globe" qəzeti İndoneziyanın Milli Tədqiqat və İnnovasiyalar Agentliyinə (BRIN) istinadən məlumat yayıb.
 
Qeyd olunur ki, obyekt oktyabrın 5-də yerli vaxtla saat 18:35 və 18:39 (Bakı vaxtı ilə 15:35 və 15:39 - red.) arasında Kuninqan və Çirebon şəhərləri üzərindən uçaraq Yava dənizinə düşüb ki, bu da şahidlərin ifadələri və video müşahidə kameraları ilə təsdiqlənir.
 
"Təsdiq edirəm ki, bu, kifayət qədər böyük meteorit idi… Sakinlərin gördüyü işıq və partlayış heç bir təhlükə yaratmır", - BRIN-in astronomu bildirib.
 
Yerli meteoroloji agentlik vurğulayıb ki, meteorit düşdükdən sonra mütəxəssislər güclü təkanlar qeydə alıblar.
 

 

Seçilmiş xəbərlər
RU
Moderator
Xəbər lenti
Top xəbərlər
Gün
Həftə
Ay
Yazarlar
Link kopyalandı!
Son xəbərlər
Son xəbərlər