Mərdəkan prospektində hərəkətin təşkilində dəyişiklik edilir - VİDEO
240
14:00, Bu gün

Mərdəkan prospektində hərəkətin təşkilində dəyişiklik edilir - VİDEO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Mərdəkan prospektində hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə müvafiq təhlillər aparılıb. Hazırda hava limanının ərazisindən çıxan nəqliyyat vasitələri Mərdəkan prospektinin kənar yolu ilə əksinə hərəkət edərək müxtəlifsəviyyəli yol qovşağına istiqamətlənməklə Əli İsazadə küçəsinə yönləndirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
 
Bildirilib ki, bu da nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi təhlükəsizlik problemlərinin, qəza hallarının yaranmasına gətirib çıxarır.
 
Problemin aradan qaldırılması məqsədilə Mərdəkan prospektinin kənar yoluna müvafiq yol nişanları quraşdırılaraq hərəkət istiqaməti dəyişdirilir və hərəkət Zığ şosesi ilə birləşmədəki yol qovşağına yönləndirilir.
 
Seçilmiş xəbərlər
RU
Moderator
Xəbər lenti
Top xəbərlər
Gün
Həftə
Ay
Yazarlar
Link kopyalandı!
Son xəbərlər
Son xəbərlər