Eyfel qülləsinə velosipedlə qalxdı: İnanılmaz nəticə ilə rekorda imza atdı
172
08:07, Bu gün

Eyfel qülləsinə velosipedlə qalxdı: İnanılmaz nəticə ilə rekorda imza atdı

Velosipedlə Eyfel qülləsinə qalxan fransalı idmançı Orelyen Fontenua yeni rekorda imza atıb.
 
Bu barədə qüllənin sosial şəbəkə hesabında məlumat yayılıb.
 
Bildirilib ki, o, əvvəlki rekordsmen Hyuqo Rişarı yeddi dəqiqə qabaqlayıb.
 
"12 dəqiqə 30 saniyə - Orelyen Fontenuanın velosipedlə Eyfel qülləsinin yuxarı mərtəbəsinə qalxan 686 pilləni qət etməsi üçün lazım olan vaxt məhz bu qədərdir", - deyə paylaşımda qeyd edilib.
 
Qeyd edək ki, bundan əvvəlki rekord 19 dəqiqə 4 saniyə olub.
/Oxu.az/

 

 
Link kopyalandı!
Son xəbərlər