Azərbaycanda ilk: Xanım bəyə evlilik TƏKLİF ETDİ - VİDEO
290
15:26, Bu gün

Azərbaycanda ilk: Xanım bəyə evlilik TƏKLİF ETDİ - VİDEO

Azərbaycanda qeyri-adi evlilik anı sosial şəbəkələrdə gündəm olub.
 
Paylaşılan görüntülərdə gənc bir xanım sevgilisinə sürpriz şəkildə evlilik təklifi edir.
 
Adətən kişilərin xanımlara təklif etdiyi bu addım bu dəfə tam əksinə baş verib. Gənc qızın sevgilisinə üzük təqdim etməsi izləyicilər tərəfindən maraqla qarşılanıb.
 
Videoya çoxsaylı şərhlər yazılıb. Bəziləri xanımın cəsarətini alqışlasa da, digərləri ənənələrə uyğun olmadığını bildirərək tənqid edib.
 
Beləliklə, bu hadisə ölkədə xanım tərəfindən edilən ilk evlilik təklifi kimi diqqət çəkib və qısa zamanda sosial şəbəkələrin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. /Milli.az/

Link kopyalandı!
Son xəbərlər