Bizi sosial şəbəkələrdən izləyin:
Baku TV-nin "Amin" verilişinin budəfəki buraxılışında Əməkdar jurnalist, şair Qulu Ağsəs və ilahiyyatçı Elvüsal Məmmədovla həyatın mənası barədə müzakirə aparılıb.
Elvüsal Məmmədov insanın həyatdakı əsas məqsədindən danışıb. Onun sözlərinə görə bu, həyatı ali və mənalı hala gətirməkdir.
"Biliklə insan yalnız intellektini qidalandıra bilər. Amma onun daxilini zənginləşdirməsi üçün mənəvi tərbiyəyə ehtiyac var. Buna görə də bağçalarda müəllimlərin vəzifəsi təkcə bilik ötürmək yox, həm də tərbiyə vermək olmalıdır. Yalnız intellektlə şəxsiyyət formalaşmır. Öz biliyindən dağıtmaq, yıxmaq, əxlaqsızlığı yaymaq, insanları istismar etmək üçün istifadə edən birinə necə şəxsiyyət deyim?!" - ilahiyyatçı sözlərinə əlavə edib.
Qulu Ağsəs isə sosial şəbəkələrin qohumluq əlaqələrinə mənfi təsirlərindən bəhs edib:
"Sosial şəbəkələr qohumluq əlaqələrini məhv edir. İndi bir-biri ilə görüşən çox az adam var. Ona görə də çağdaş həyat mənasızlıq uçurumuna doğru gedir. İnsan qədər bir-birinə təsir edən ikinci varlıq tanımıram. Bir adamdan aldığın enerjini heç nədən ala bilməzsən".