Qonşusunu qətlə yetirməsinin səbəbini açıqladı - VİDEO
472
13:46, Bu gün

Qonşusunu qətlə yetirməsinin səbəbini açıqladı - VİDEO

Buzovnada qonşusunu öldürən, arvadı ilə oğlunu yaralayan 18 yaşlı İnşallah Hacıyevin cinayət işinin məhkəmə baxışı keçirilib.
 
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilən İnşallah Hacıyevə ittiham aktını elan edib.
 
Daha sonra təqsirləndirilənə sərbəst ifadə üçün söz verilib.
 
İnşallah Hacıyevin ifadəsindən bəlli olub ki, onun ailəsi ilə zərərçəkən ailə qonşu olublar. Aralarında normal münasibət olmayıb. Hadisənin baş verməsinə səbəb isə qonşunun ailə üzvləri tərəfindən onun atasına nalayiq sözlər deyilərək hücum edilməsi olub.
 
Atasına qarşı olan bu hərəkətlərə görə İnşallah Hacıyev insidentə müdaxilə edib və tərəflər arasında əlbəyaxa dava başlayıb.
 
Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 6-da Bakının Buzovna qəsəbəsində baş verib. Qəsəbədə yaşayan İnşallah Hacıyev yaranan mübahisə zamanı qonşuları 1977-ci il təvəllüdlü Qurban Məlikova, arvadı Könül Məlikovaya və oğlu 2003-cü il təvəllüdlü Məzahir Məlikova bıçaqla xəsarətlər yetirib. Qurban Məlikov hadisədən bir qədər sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
 
Təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
 
Onu da qeyd edək ki, İnşallah Hacıyev cinayəti 18 yaşı tamam olmamış sözügedən cinayəti törədib.

Link kopyalandı!
Son xəbərlər