Bizi sosial şəbəkələrdən izləyin:
Bu dəfə sürücülər elə digər sürücülərdən narazılıq edirlər.
Moderator.az Xəzər Tv-yə istinadən xəbər verir ki, kadrlar paytaxtın Nərimanov rayonunda çəkilib. Əliəşrəf Əlizadə küçəsində yerləşən şarj stansiyası elektromobil sürücüləri üçün əlçatan deyil. Bunun səbəbi isə orada dayanan digər avtomobillərdir.
Sürücülər qaydaları pozaraq, dayanma və durmanın qadağan edildiyi ərazidə avtomobilləri saxlayırlar. Ərazidə yaşayanların sözlərinə görə, bu tez-tez baş verdiyi üçün ciddi narazılığa səbəb olur.
Elektromobil və hibrid avtomobil sürücüləri deyirlər ki, bu, onlar üçün vaxt itkisidir. Onlar əraziyə nəzarətin gücləndirilməsini və qaydaları pozan şəxslərə qarşı tədbirlərin görülməsini istəyirlər.
Bakı Şəhər DYP İdarəsindən bildirilib ki, həmin ərazidə sürücüləri narahat edən məsələ aradan qaldırılıb. Nərimanov RPİ-nin DYP Şöbəsinin əməkdaşları dayanma və durma qaydalarını pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görüblər.