Pakistanda güclü partlayış: 10 nəfər ölüb, 32 nəfər yaralanıb - VİDEO
390
14:10, Bu gün

Pakistanda güclü partlayış: 10 nəfər ölüb, 32 nəfər yaralanıb - VİDEO

Pakistanın Bəlucistan əyalətinin cənub-qərbindəki Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, 32 nəfər yaralanıb.
 
Bu barədə "Dawn" qəzeti regional səhiyyə idarəsinə istinadən məlumat yayıb.
 
Qeyd olunur ki, hadisə ilə bağlı Kvettanın tibb müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
 
Təhlükəsizlik mənbələrinə istinadən verilən məlumata görə, partlayışı "Fitnə əl-Xəvaric" qruplaşmasının (daha əvvəl "Təhriki Taliban Pakistan" və ya "Pakistan Taliban Hərəkatı" kimi tanınırdı) üzvü olan kamikadze törədib.
 
2024-cü ildə Pakistanda törədilən terror aktlarının 90%-i Əfqanıstanla həmsərhəd olan Xeyber Paxtunxva və Bəlucistan əyalətlərinin payına düşüb. Hər iki bölgədə müxtəlif silahlı qruplar etnik azlıqların - puştunların və bəlucların hüquqlarını qorumaq bəhanəsi ilə Pakistanın təhlükəsizlik qüvvələrinə və mülki insanlara qarşı hücumlar həyata keçirirlər. /Oxu.az/

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər