Qəfil vəfat edən Cabir İmanov KİM İDİ? - DOSYE + VİDEO
469
15:44, Bu gün

Qəfil vəfat edən Cabir İmanov KİM İDİ? - DOSYE + VİDEO

Əməkdar artist Cabir İmanov vəfat edib. O, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.
 
Hadisə yerinə təcili tibbi yardım briadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.(Qafqazinfo)
 
Bəs qəfil vəfat edən aktyor, eyni zamanda polis polkovniki Cabir İmanov kim idi? Musavat.com dosyeni təqdim edir:
 
Həyatı və ailəsi
 
 
Cabir Qorxmaz oğlu İmanov 1976-cı il iyunun 22-də Bakıda anadan olub. Atası Qorxmaz İmanov, qardaşı isə tanınmış aktyor Tahir İmanovdur. O, iki dəfə ailə həyatı qurub, üç övladı var.
 
Təhsil və xidməti
 
Cabir İmanov 1983–1993-cü illərdə Bakı şəhərində 189 saylı məktəbdə oxuyub. 1993–1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb, daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1997–1998-ci illərdə Daxili Qoşunlarda hərbi xidmət keçib. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
 
Səhnə və ekran fəaliyyəti
 
1992-ci ildən “Parni iz Baku” KVN komandasının üzvü olub, sonradan “Planet Parni iz Baku” teatrında fəaliyyət göstərib.
 
Onun iştirakı ilə çəkilmiş məşhur filmlər arasında “Məhəllə”, “Məşədi İbad-94”, “Qorxma, mən səninləyəm! 1919”, “Bəxt üzüyü 2” kimi ekran işləri var.
 
Fəxri adlar
 
 
2015-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. 2021-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.
 
Qəfil ölüm
 
Bu gün - sentyabrın 29-da məşq zamanı halı pisləşən Cabir İmanovun həyatını xilas etmək mümkün olmayıb. Onun ölüm səbəbi barədə rəsmi açıqlama verilməyib.
 
İctimai reaksiya
 
Tanınmış aktyorun vəfatı sənət ictimaiyyətində dərin kədər doğurub. Onu sevənlər və tamaşaçılar sosial şəbəkələrdə xatirələrini bölüşərək, sənətkarın Azərbaycan mədəniyyətindəki yerini vurğulayırlar.
Link kopyalandı!
Son xəbərlər