Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısı Qəbələdə keçiriləcək
608
14:21, Bu gün

Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısı Qəbələdə keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə toplantısı 7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində "Regional Sülh və Təhlükəsizlik" mövzusu çərçivəsində keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə TDT məlumat yayıb.
 
Bildirilib ki, zirvə görüşü TDT-nin üzv dövlətlərinin və müşahidəçi dövlətlərinin hörmətli dövlət və hökumət başçılarını, eləcə də onların nümayəndə heyətlərini bir araya gətirəcək, bölgədə və beynəlxalq miqyasda aktuallıq kəsb edən məsələləri müzakirə etməyə, əməkdaşlığı gücləndirməyə və Türk Dünyasında birliyi, sülhü və rifahı daha da irəli aparmaq məqsədilə mühüm sənədləri qəbul etməyə imkan yaradacaq.
 
Rəsmi proqram çərçivəsində Dövlət Başçıları Şurasının iclasından əvvəl TDT-nin Xarici İşlər Nazirləri Şurasının da görüşü keçiriləcək.
 
Azərbaycanın tarixi Qəbələ şəhərində baş tutacaq bu əlamətdar tədbir tarix və müasirliyin vəhdətini simvollaşdırır və türk dövlətləri arasında dostluq, həmrəylik və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üzrə TDT-nin ümumi baxışını əks etdirir.

 

Link kopyalandı!
Son xəbərlər