Türkiyədə istilik elektrik stansiyası yanır - VİDEO
692
14:18, Bu gün

Türkiyədə istilik elektrik stansiyası yanır - VİDEO

Türkiyənin Sivas şəhərinin Kanqal rayonunda yerləşən və "Torku" şirkətinin törəmə şirkəti "Konya Şeker" tərəfindən istismar olunan Kanqal İstilik Elektrik Stansiyasında yanğın başlayıb.
 
Bu barədə Moderator.az İHA-ya istinadən xəbər verir.
 
Məlumata görə, stansiyanı bürüyən yanğının söndürülməsi üçün çox sayda ekipaj göndərilib. Yanğının nəzarət altına alınması ilə bağlı işlər davam edir.
 
Zavod 2013-cü il fevralın 8-də özəlləşdirilib və "Torku"nun törəmə şirkəti olan "Konya Şeker"ə verilib.
 
Link kopyalandı!
Son xəbərlər