Bizi sosial şəbəkələrdən izləyin:
Zaqatala şəhərində son günlər yağan leysan yağışlar fəsadsız ötüşməyib.
Bu barədə görüntülər sosial mediada paylaşılıb.
Son günlər davam edən güclü leysan yağışlar Tala çayında suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə şəhərin Nizami küçəsindən sel keçib.
Çayın daşması ərazidəki bəndin yuyulmasına gətirib çıxarıb. Nəticədə Tala çayının sağ sahilində yerləşən evlər üçün təhlükə yaranıb.
Sözügedən görüntüləri təqdim edirik: