Bizi sosial şəbəkələrdən izləyin:
Tanınmış müğənni Nəfəs Məmmədlinin anası "Rəngarəng səhər" verilişinin canlı yayımına telefonla qoşulub.
O, söhbət zamanı ailənin üzləşdiyi ağır günlərdən danışaraq duyğularına hakim ola bilməyib.
Nəfəsin anası bildirib ki, övladlarını böyütmək üçün çoxsaylı çətinliklərdən keçib və həmin anları xatırlayanda göz yaşlarını saxlaya bilmir.
İfaçı efirdə kövrələrək hönkür-hönkür ağlayıb.
Studiyada duyğulu anlar yaşanıb. Tamaşaçılar sosial şəbəkələrdə yayılan kadrlara çoxsaylı şərhlər yazıblar. (Milli.az)