Dələduzluğun yeni növü yayılıb
338
08:05, Bu gün

Dələduzluğun yeni növü yayılıb

Dələduzlar bu dəfə alıcıları yox, satıcıları hədəf seçiblər. Onlar müxtəlif yollarla saxta qəbzlər (çek) təqdim edərək guya artıq ödəniş etdiklərini bildirir və pulun qalığını satıcılardan geri almağa çalışırlar.
 
Moderator.az Xəzər TV-yə istinadla xəbər verir ki, məsələ ilə bağlı çıxış edən İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə ekspert Əmrah Mövsümzadə bildirib ki, son vaxtlar bu kimi halların sayı artıb. Onun sözlərinə görə, bu hallar dələduzluq və maliyyə fırıldağı kateqoriyasına daxildir və ciddi hüquqi məsuliyyət yaradır:
 
"Belə hallarda hər hansı ödəniş sənədini qəbul etməmişdən əvvəl mütləq bank və maliyyə qurumlarından təsdiq alın. Saxta və manipulyasiya olunmuş rəqəmlərə əsaslanan sənədlərə etibar etməyin. Qəbzləri diqqətlə oxuyun və elektron kommunikasiya təhlükəsizliyinə önəm verin. Mesaj və sosial media vasitəsilə göndərilən ödəniş iddialarını diqqətlə yoxlayın. Şübhəli link və faylları açmayın, linklərə klikləməyin, maliyyə və şəxsi məlumatları yalnız etibarlı kanallar vasitəsilə paylaşın. Sosial mühəndislik taktikalarına qarşı da çox diqqətli olun".
 
Qeyd edək ki, bu cür dələduzluq halları ilə üzləşənlər Daxili İşlər Nazirliyinin "102" xidməti ilə əlaqə saxlaya və ya qurumun rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər