Yol nişanının tələbini pozan sürücünün səbəb olduğu ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
292
10:18, Bu gün

Yol nişanının tələbini pozan sürücünün səbəb olduğu ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Sentyabrın 20-də saat 23:00-da Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
 
Məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, "Toyota Prius" avtomobilinin sürücüsü 2.4 "Yol ver" nişanının tələbini pozaraq köməkçi yoldan əsas yola anidən daxil olub və bu zaman hərəkətdə olan "Mercedes-Benz" markalı yük avtomobili ilə toqquşub.
 
BDYPİ bir daha xatırladır ki, sürücülər yolda hərəkət intensivliyinin yüksək olub-olmamasından və günün istənilən saatından asılı olmayaraq, yol nişanlarının tələblərinə mütləq riayət etməli, köməkçi yoldan əsas yola daxil olarkən isə yalnız hərəkətin tam təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkətə başlamalıdırlar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər